Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 10:52
Ötən mövsüm futbolçu karyerasını başa vuran Petr Çex buzüstü xokkey komandalarından olan "Quildford Foeniks"də çıxış edəcək.
Qol.az-ın xəbərinə görə, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb.O, buzüstü xokkeyində də qapıçı olacaq və 33 nömrəli forma geyinəcək.
Xatırladaq ki, son olaraq "Arsenal"da oynayan P.Çex karyerası ərzində "Çelsi", "Renn" və "Sparta"nın şərəfini qoruyub.