Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan ilin sonuna qədər olan gözləntisindən danışdı

Ərdoğan ilin sonuna qədər olan gözləntisindən danışdı

Tarix: 26 Dekabr 2022 22:28

Türkiyə hökuməti 2023-cü ilin sonuna qədər inflyasiyanın 30%-dən aşağı olacağını gözləyir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

"İlin əvvəlindən sürətlə azalan inflyasiyanın ilin sonuna kimi 30 faizdən aşağı düşəcəyinə ümid edirik. Məqsədimiz 2024-cü ildə ölkəmizi birrəqəmli inflyasiyaya qaytarmaqdır", - Ərdoğan bildirib.

Milli Statistika İnstitutunun (TÜİK) daha əvvəl verdiyi məlumata görə, Türkiyədə illik inflyasiya son bir il yarımdan sonra ilk dəfə noyabrda azalıb - oktyabrdakı 85,51%-dən 84,39%-ə düşüb. Noyabrda istehlak qiymətlərində artım 2,88% təşkil edib.

Milli.Az


Etiketlər:  Ərdoğan ilin sonuna qədər olan gözləntisindən danışdı


RƏYLƏR