Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir?

SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir?

Tarix: 27 Dekabr 2022 13:10

Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfər etməsi barədə xəbər vermişdik. 

İki gündür İran mediası və bu ölkənin sosial şəbəkə istifadəçiləri Şəbnəm Tovuzlunun İran səfəri ilə bağlı müxtəlif paylaşımlar edirlər.

SEPAH-a məxsus teleqram kanalları isə Azərbaycan müğənnisi Şəbnəm Tovuzlunun İrana səfərini siyasiləşdirməyə cəhd edir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Təbriz-Turan" TV məlumat yayıb. 

Qeyd olunur ki, SEPAH-ın iddiasına görə, Şəbnəm Tovuzlu İrana kəşfiyyata gəlib: "Azərbaycan Respublikası kəşfiyyatçılarından birinin həyat yoldaşı olan azərbaycanlı müğənni Şəbnəm Tovuzlu İrana səfər edib və Qum və Məşhədə gedib".

Milli.Az


Etiketlər:  SEPAH Şəbnəm Tovuzlunu casus elan etmək istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ