Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təyyarədə sərnişinlər əlbəyaxa dava edib, uçuşu pozublar

Təyyarədə sərnişinlər əlbəyaxa dava edib, uçuşu pozublar

Tarix: 27 Dekabr 2022 20:44

Kişinyovdan Təl-Əvivə uçan "Air Moldova" şirkətinə məxsus təyyarədə bir qrup sərnişin əlbəyaxa dava edib və reysi pozub.

Sonxeber.net bildirir ki, uçuşun ləğvi barədə Avropa aviadaşıyıcısının Facebook-dakı rəsmi səhifəsində məlumat verilib.

Uçmağa hazırlaşan təyyarədə bir neçə sərnişin aqressiv davranmağa başlayıb. Aviaşirkət nümayəndələrinin fikrincə, turistlərin bu cür davranışı "uçuşun, onların səyahət yoldaşlarının və ekipajın təhlükəsizliyini təhlükə altına qoyub".

Qeyd olunub ki, təyyarənin komandiri "təhlükəsizlik qaydalarına əməl olunmayan" şəraitdə havaya qalxmamaq qərarına gəlib. "Air Moldova" bildirilib ki, qaydanı pozan şəxslər polis tərəfindən saxlanılıb. Daşıyıcı növbəti reysdə qalan sərnişinləri İsrailə çatdıracağına söz verib.

İrfan Vəliyev


Etiketlər:  Təyyarədə sərnişinlər əlbəyaxa dava edib uçuşu pozublar


RƏYLƏR