Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2022 21:36
Qırmızı aci bibərdə olan kapsiasin maddəsi metastazların yaranmasının qarşısını alır.
"Medicina" xəbər verir ki, Amerika alimləri ağciyər xəstələri üzərində acı bibərin təsirini araşdırıb.
Eksperiment göstərib ki, kapsiasin maddəsi bədxassəli şişlərin metastaz verməsini bloklayaraq, onların qana və limfaya keçməsinin qarşısını alır.
Bundan əlavə, siçanlar üzərində də eksperiment bədxassəli ocaqların kiçildiyini və metastazların azaldığını üzə çıxarıb.
Kapsiasin maddəsinin xərçəng əmələ gətirən Src zülalını blokladığını və nəticədə də metastazın qarşısını aldığı məlum olub.
Ağciyər xərçəngi əsasən baş beyinə, qaraciyərə və sümük iliyinə metastaz verir. Həkimlər bildirir ki, gələcəkdə kapsiasin kimi təbii birləşmə kimyaterapiya preparatlarının tərkibinə daxil edilə bilər.