Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2019 12:12
Bakı. Trend:
İndoneziyanın siyasət, ədliyyə və təhlükəsizlik məsələləri üzrə əlaqələndirici - naziri Viranto hücuma məruz qalıb.
Trend-in məlumatına görə, 72 yaşlı nazir Banten əyalətində səfərdə olarkən naməlum şəxs ona bıçaqla iki zərbə endirib.
Hücum nəticəsində nazir xəstəxanaya yerləşdirilib. Ondan başqa, daha bir polis əməkdaşı xəsarət alıb.
Hadisə ilə bağlı hücum edən şəxs, daha sonra isə onun həyat yoldaşı saxlanılıb. Qadın hücumun planlaşdırılmasında şübhəli bilinir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin