Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğurlanan və ya itən maşın nömrəsinin eynisi niyə verilmir? - VİDEO

Oğurlanan və ya itən maşın nömrəsinin eynisi niyə verilmir? - VİDEO

Tarix: 28 Dekabr 2022 13:48

Bir müddət əvvəl Sumqayıt sakininə məxsus ''10-LK-777'' dövlət qeydiyyat nişanı naməlum şəraitdə oğurlanıb. Zərərçəkmiş sürücü bununla əlaqədar aidiyyəti quruma müraciət etsə də, ona bildirilib ki, nömrə tapılmayana qədər ona eynisi verilə bilməz.

Xezerxeber.az-ın məlumatına görə, ''Yol hərəkəti haqqında" qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı itdikdə və ya oğurlandıqda, tapılmasa, nəqliyyat vasitəsinin sahibinə yeni nömrə verilir.

Sürücülər də mövcud qanunvericiliklə razı deyillər. Onlar hesab edirlər ki, avtomobilə məxsus itən və ya oğurlanan dövlət nömrə nişanının eynisinin verilməsi qanunla tənzimlənməlidir.

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov isə deyib ki, nömrənin dublikatının verilməməsi sovet dövründən qalan ənənədir. Həmin vaxtlar nömrələr oğurlanıb kriminal məqsədlər üçün istifadə ediliyindən belə bir qayda qoyulub. Ekspert bildirib ki, ''Yol hərəkəti haqqında" qanun 1998-ci ildə qəbul olunub. O vaxt qanuna belə bir müddəa əlavə edilib ki, itirilmiş, oğurlanmış nömrə 1 ay ərzində tapıldıqda ilk növbədə sahibinə təqdim edilsin. Əgər sahibi istəməsə, nömrə başqasına verilə bilər.

Ərşad Hüseynovun vurğulayıb ki, o dövrdən indiyədək qanunda hər hansı dəyişiklik edilməyib və insanlar da bundan əziyyət çəkirlər.

Ekspert hesab edir ki, mövcud qanunvericilikdə bu qayda dəyişdirilməli və beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır.

Milli.Az Xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Oğurlanan ya itən maşın nömrəsinin eynisi niyə verilmir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ