Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın pişiyini vuran qonşusunu öldürüb və 5 il həbs cəzası alıb

Qadın pişiyini vuran qonşusunu öldürüb və 5 il həbs cəzası alıb

Tarix: 28 Dekabr 2022 21:26

Rusiyada, Çelyabinskdə 37 yaşlı yerli sakin qonşusunu öldürdüyünə görə beş il on ay həbs cəzasına məhkum edilib, məhkəmə ondan mərhumun anasının xeyrinə bir milyon rubl (14 min dollar) da alıb.

Milli.Az bildirir ki, bu barədə vilayət prokurorunun böyük köməkçisi Natalya Mamayeva məlumat verib.

İstintaq və məhkəmə müəyyən edib ki, 2020-ci ilin aprel ayında rusiyalı qadın tanışı ilə birlikdə sərxoş vəziyyətində olaraq kommunal mənzilin mətbəxində qonşusu ilə mübahisə edib və ona çoxsaylı zərbələr və təpiklər vurub. Mənbə bildirib ki, münaqişə qonşunun pişiyi vurması səbəbindən baş verib. Zərərçəkmiş 4 aydan sonra xəstəxanada dünyasını dəyişib. Qadının tanışı vəfat etdiyinə görə ona qarşı cinayət işinə xitam verilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Qadın pişiyini vuran qonşusunu öldürüb həbs cəzası alıb


RƏYLƏR