Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya çempionu ''Qalatasaray''a transfer oluna bilər

Dünya çempionu ''Qalatasaray''a transfer oluna bilər

Tarix: 28 Dekabr 2022 23:36

Futbol üzrə Argentina milli komandasının idman direktoru Lusiano Nakis Anxel Di Mariyanın "Qalatasaray"a mümkün keçidinə münasibət bildirib.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, cari mövsümün sonu "Yuventus"la müqaviləsinin müddəti başa çatacaq 34 yaşlı yarımmüdafiəçi ilə "Qalatasaray" klubu yaxından maraqlanır.

L.Nakis "Radyospor"a açıqlamasında transferin mümkün olduğunu söyləyib:

"Ola bilər. "Qalatasaray" böyük komandadır. Di Mariya gələcəkdə bu klubun formasını geyinə bilər".

Qeyd edək ki, Anxel Di Mariya Argentina millisinin heyətində dünya çempionu olub.


Etiketlər:  Dünya çempionu Qalatasaraya transfer oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ