Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib

Tarix: 30 Dekabr 2022 11:24

Bərdədə bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

Milli.Az xəbər verir ki, hadisə dekabrın 29-da rayonun Körpüqıran kəndində qeydə alınıb.

Belə ki, Körpüqıran kənd sakinləri - 2018-ci il təvəllüdlü Y.Həsənli, 1987-ci il təvəllüdlü
Həsənova Asimə Ələkbər qızı, 2012-ci il təvəllüdlü M.Həsənli, 1957-ci il təvəllüdlü Həsənova Fatma Mətiş qızı və 1983-cü il təvəllüdlü Həsənov Aqil Azər oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Həmin şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bərdədə ailənin üzvü dəm qazından zəhərlənib


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR