Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyrək xəstəlikləri zamanı qanın biokimyəvi analizləri

Böyrək xəstəlikləri zamanı qanın biokimyəvi analizləri

Tarix: 1 Yanvar 2023 07:33

Böyrəklərin əksər xəstəliklərinin kəskin dövründə və ya onların kəskinləşməsi zamanı periferik qan göstəricilərinin,qanın biokimyəvi müayinəsinin nəticələrinin dəyişiklikləri aşkar edilir.Bu göstəricilərin dinamikada təhlil edilməsi nəinki,düzgün diaqnozun qoyulmasını təmin edir,həmçinin xəstəliyin ağırlıq dərəcəsinin,proqnozunu və aparılan müalicənin effektliyini qiymətləndirməyə imkan verir.
Mötədil və ya aşkar təzahür edən leykositoz kəskin və ya yarımkəskin xroniki pielonefrit,kəskin və ya kəskinləşməmiş xroniki qlomerulonefrit,böyrəklərin sistem,yaxud revmatik xəstəliklər zamanı zədələnməsini göstərir.Amma qırmızı qurd eşənəyi üçün isə leykopeniya və ya leykositlərin normal sayı səciyyəvidir.
Böyrəklərdə iltihabı prosesin olmasının və onun aktivlik dərəcəsinin göstəricisi EÇS-dir.O böyrəklərin birincili və həm də ikincili xəstəliklərində sürətlənir.Belə ki,böyrəklərin ikincili xəstəliklərində EÇS-in əhəmiyyətli dərəcədə artması əsas xəstəlik ilə əlaqədar olur.Nefrotik sindrom zamanı xəstəliyin növündən asılı olmayaraq EÇS-in miqdarı artır.
Böyrəklərdə iltihabı proseslər olduqda qanın laborator testində C-reaktiv zülalın,sial turşuların,fibrinogenin,xolesterinin,ümumi zülal və onun fraksiyalarının təyini xəstəliyin kəskin fazası,yaxud onun kəskinləşməsi barədə məlumatlar verir.Bu test nefrotik sindromların təyin olunmasında və onun ağırlıq dərəcəsinin müayinə olunmasında mühüm rol oynayır.
Xroniki böyrək çatışmazlığı zamanı və ya uzun müddət sidiqovucular qəbul etdikdə qanın müayinəsi vasitəsilə qandakı elektrolitlərin tərkibini,natriumun,kaliumun,kalsiumun,maqneziumun və xlorun kondentrasiyasına nəzarət etmək olur.Böyrək xəstəlikləri zamanı olnların tərkibi əhəmiyyətli dərəcədə dəyişir.
Böyrək xəstəlikləri zamanı qanda azot qalığının,kreatinin,sidik cövhərinin,karbamidin miqdarının öyrənilməsinin mühüm əhəmiyyəti var.
Yuxarıda adları çəkilən müayinələrin böyrək xəstəliyi zamanı öyrənilməsinin əhəmiyyəti böyükdür.Belə ki,qanda onların göstəriciləri xəstəliyi və omum ağırlıq dərəcəsini təyin etməkdə böyük əhəmiyyət kəsb edir ki,bu da müalicə zamanı çox yardımçı olur.


Etiketlər:  Böyrək xəstəlikləri zamanı qanın biokimyəvi analizləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ