Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BQXK prezidenti Rusiyaya getmək istəyir

BQXK prezidenti Rusiyaya getmək istəyir

Tarix: 1 Yanvar 2023 21:00

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) prezidenti Maryana Spolyariç Eqqer Rusiyaya səfər etmək niyyətində olduğunu bildirib.

O, bu barədə "Neue Zürcher Zeitung" qəzetinə müsahibəsində bildirib.

Lakin Maryana Spolyariç Eqqer Moskvaya səfərinin dəqiq tarixini deməyib. Onun sözlərinə görə, məhbuslara baş çəkmək üçün Rusiya ilə bütün səviyyələrdə danışıqlar aparmaq, təhlükəsizlik zəmanətlərini yerindəcə ala bilmək lazımdır.

BQXK prezidenti həmçinin bildirib ki, bütün tərəflər beynəlxalq humanitar hüquqa riayət etməlidirlər.

"Söhbət həm hərbi əsirlərə, həm də mülki məhbuslara çıxışdan gedir. Bütün dövlətlər yadda saxlamalıdırlar ki, yalnız beynəlxalq humanitar hüquqa, beynəlxalq müqavilələrə və BMT Nizamnaməsinə hörmət sülh və sabitliyə zəmanət verir".

Milli.Az


Etiketlər:  BQXK prezidenti Rusiyaya getmək istəyir


RƏYLƏR