Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukraynada azərbaycanlı qızlar itkin düşüb

Ukraynada azərbaycanlı qızlar itkin düşüb

Tarix: 2 Yanvar 2023 12:34

Ukraynanın Xerson şəhərində, Dnepr çayının sol sahil hissəsində yaşayan azərbaycanlı gənc qızlar 1 həftədir itkin düşüblər.

Milli.Az report-a istinadən xəbər verir ki, şəhərin Rusiyanın işğalı altında olan sol sahil hissəsində yaşayan 22 yaşlı Mənsimova Ofeliya Qurban qızı və 20 yaşlı Məmmədova Amaliya Boran qızı ilə bir həftədir ki, əlaqə itib. Onların yaxınlarının verdiyi məlumata görə, işğal zonasındakı Rusiya hərbçilərinin komendanturası onların axtarışında maraqlı deyil.

Milli.Az


Etiketlər:  Ukraynada azərbaycanlı qızlar itkin düşüb


RƏYLƏR