Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əvvəlcə Messini transfer etmək istəyirdik'' - ''Əl-Nəsr''in baş məşqçisi

''Əvvəlcə Messini transfer etmək istəyirdik'' - ''Əl-Nəsr''in baş məşqçisi

Tarix: 2 Yanvar 2023 17:46

"Əl-Nəsr"in baş məşqçisi Rudi Qarsiya təkcə Kriştianu Ronaldunu deyil, həm də Lionel Messini komandasında görmək istəyirmiş.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, "Marca"ya açıqlamasında portuqaliyalı hücumçunun keçidi ilə bağlı danışan mütəxəssis daha əvvəl Argentina millisinin və PSJ-nin üzvü Lionel Messini heyətə cəlb etmək istədiklərini deyib:

"Əvvəlcə Messinin transferini istəyirdim. Mən şəxsən Leonu Dohadan (Qətərin paytaxtı - red.) gətirməyə çalışdım" - deyə Qarsia bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Ronaldo ilə 2 illik müqavilə bağlayıb. "Əl-Nəsr"in "Real"dan Luka Modriç və PSJ-dən Serxio Ramosla maraqlanması ilə bağlı məlumatlar da yayılıb.


Etiketlər:  Əvvəlcə Messini transfer etmək istəyirdik Nəsrin baş məşqçisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ