Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

2020-ci ildən bəri ilk dəfə bir-birlərinə qarşı oynayacaqlar

2020-ci ildən bəri ilk dəfə bir-birlərinə qarşı oynayacaqlar

Tarix: 2 Yanvar 2023 20:40

Məşhur futbol ulduzları Lionel Messi və Kriştianu Ronaldu 2020-ci ilin dekabrından bəri ilk dəfə meydanda qarşılaşa bilər.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, onların görüşü Ronaldunun keçdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə Messinin oynadığı Fransanın "PSJ"si arasında keçiriləcək yoldaşlıq görüşündə baş tutmalıdır.

Məlumata görə, bu klublar gələn ay yoldaşlıq oyunu keçirəcək. Oyun Səudiyyə Ərəbistanında baş tutacaq.

Qeyd edək ki, Messi və Ronaldu sonuncu dəfə Çempionlar Liqasında "Yuventus" və "Barselona"nın tərkibində bir-birlərinə qarşı oynayıblar.

Milli.Az


Etiketlər:  2020 ci ildən bəri ilk dəfə bir birlərinə qarşı oynayacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ