Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya Rusiyadan qaz, neft və kömür almağı DAYANDIRDI - FOTO

Almaniya Rusiyadan qaz, neft və kömür almağı DAYANDIRDI - FOTO

Tarix: 3 Yanvar 2023 21:00

2023-cü il yanvarın 1-dən Almaniya Rusiya neftinin tədarükündən tamamilə imtina edərək müstəqil oldu. Bundan əvvəl ölkə Rusiya qazı və kömüründən istifadə etməkdən imtina edib.

Bu barədə Publika.az Almaniya Federal Hökumətinin rəsmi "Facebook" səhifəsinə istinadla məlumat verir.

"2023-cü il yanvarın 1-dən Almaniya Rusiya neftini boru kəməri ilə qəbul etməyəcək - iqlim və böhran enerji təchizatı yolunda daha bir mühüm addım!", - mesajda deyilir.

Almaniya hökuməti onu da qeyd edir ki, əvvəllər Almaniyaya bütün qaz idxalının 55%-i, kömür idxalının 50%-i, neft idxalının 35%-i Rusiyadan gəlirdi.

Xatırladaq ki, Almaniya Qətərdən qazın alınması ilə bağlı ilk uzunmüddətli müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Almaniya Rusiyadan qaz neft kömür almağı DAYANDIRDI FOTO


RƏYLƏR