Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səddam Hüseyni yaxalayan amerikalı baş çavuş DANIŞDI

Səddam Hüseyni yaxalayan amerikalı baş çavuş DANIŞDI

Tarix: 3 Yanvar 2023 21:22

2003-cü ildə İraqın devrilmiş lideri Səddam Hüseyni yaxalayan amerikalı baş çavuş illər sonra mediayaya danışıb.

"Danger Close" adlı podkast yayımında danışan Kevin Holland keçmiş İraq liderinin Əd-Davr şəhərində saxlanmasını şərh edib.

Holland Səddamı fermanın yaxınlığındakı kiçik bir sığınacaqda tapdıqlarını ətraflı izah edib:

"O, olduqca döyülmüşdü. Biz onu yaxalayanda İraqın prezidenti olduğunu və danışıqlara hazır olduğunu söylədi. O bunları ingiliscə dedi. Amma mən ona "artıq gecdir" dedim və Prezident Buşun salamlarını çatdırdım".  

Xatırladaq ki, İraqın devrilmiş lideri Səddam 2006-cı il dekabrın 30-da edam edilib.

Milli.Az


Etiketlər:  Səddam Hüseyni yaxalayan amerikalı baş çavuş DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ