Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarın ağrılarının xəritəsi - Evdə müayinə

Qarın ağrılarının xəritəsi - Evdə müayinə

Tarix: 3 Yanvar 2023 22:27

Qarın nahiyəsindəki ağrıları bu xəritə ilə analiz et

Evdə özünü müayinə et, amma həkimə getməyi unutma

Qarnınızda baş verən sancı, tutma şəkilli ağrıların yerini xəritəyə əsasən tapıb, səbəbini tapa bilərsiz.
1-Bu hissədə ağrı öd kisəsi iltihabı, öd daşı, mədə xorası, mədəaltı vəzi problemlərində baş verir.

2-Göbəyin üstündəki ağrı sırf mədə, epiqastral yırtıq, turşuluq artıran reflyuks, mədəaltı vəzin iltihabı zamanı

3-Bu hissədə ağrı 12barmaq bağırsaq xorası, iltihabı, öd yollarının tutulması, mədəaltı vəzi xəstəliklərində olur

4-Bu rəqəm yazılan hissədə ağrı qəbizlik, bel yırtığı, onurğa, öd daşı, sidik yollarının yuxarı hissəsinin iltihabı zamanı yaranır

5-Göbək nahiyəsində ağrı appendiks, mədəaltı vəzi quyruq hissəsinin deformasiyası, şişi, göbək yırtığı, mədə xorasının əlamətidir.

6- Bu nahiyədə ağrının səbəbləri: öd daşı, divertikulyar xəstəlik, qəbizlik, bağırsaq iltihabı, bağırsaq polipi, şişi və s.

7- Bu nahiyədə ağrı varsa: appendiks, qəbizlik, böyrək infeksiyaları, ginekoloji problemləri yoxladın

8- Bu rəqəmin düşdüyü yerdə sidik kisəsi və yollarının infeksiyası, appendiks, yoğun bağırsağın  iltihabı, ginekoloji problemlər, divertikulyar xəstəlik ola bilər

9- Bu yerdə ağrılar - divertikulyar xəstəlik, aşağı çanaq orqanlarının problemi, onurğa yırtığı, böyrək xəstəlikləri, ginekoloji problemlərin siqnalıdır

Vacib: bu xəritə sizə sadəcə nədən şübhələnə biləcəyinizi göstərir. Həmin nahiyəni azca sıxmaq, yüngülcə basmaqla ağrının gücləndiyini görsəniz və ağrı 3-5 gündən çox davam etsə həkimə gedin. Ağrını yola verməyin. Adi qarın ağrısı çox zaman böyük problemlərin siqnalı ola bilər.

Milli.Az


Etiketlər:  Qarın ağrılarının xəritəsi Evdə müayinə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ