Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roqozin yaralanandan sonra çıxarılmış qəlpələri Fransa səfirinə göndərdi

Roqozin yaralanandan sonra çıxarılmış qəlpələri Fransa səfirinə göndərdi

Tarix: 4 Yanvar 2023 20:52

Rusiya hökuməti sədrinin keçmiş müavini və "Roskosmos" korporasiyasının keçmiş rəhbəri, şovinist baxışları ilə tanınan Dmitri Roqozin yaralandıqdan sonra bədənindən çıxan qəlpə parçalarını Fransanın Moskvadakı səfiri Pyerə göndərib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki,Roqozin həmin parçaları Fransa prezidenti Emmanuel Makrona təhvil verilməsini istəyib. "Həmçinin ona deyin ki, heç kim Fransa, ABŞ, Böyük Britaniya, Almaniya və digər NATO ölkələri Donbasdakı hərbi cinayətlərinə görə məsuliyyətdən qaça bilməyəcək", - deyə Roqozin bəyanatında bildirib.

Roqozinin sözlərinə görə, cərrahlar onun bədənindən Fransa istehsalı 155 mm-lik "Sezar" tipli özüyeriyən artilleriya qurğusu tərəfindən atılan mərmidən bir parça çıxarıblar. Mərminin mənsubiyyətinin dəqiq necə təyin olunduğu açıqlanmır.

Roqozin səfirə Baykonur kosmodromuna birgə səfərlərini də xatırladıb və Parisi "Vaşinqtonun diktəsinə tabe olmaqda" suçlayıb.

Fransa tərəfi Roskosmosun keçmiş rəhbərinin mesajını hələ ki, şərh etməyib.


Etiketlər:  Roqozin yaralanandan sonra çıxarılmış qəlpələri Fransa səfirinə göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ