Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” - FOTO

Güclü meteor yağışı olacaq: 110-a qədər “ulduz axacaq” - FOTO

Tarix: 5 Yanvar 2023 05:32

Kvadrantida meteor axının fəaliyyəti yanvarın 4-ü, çərşənbə gecəsi pik həddə çatacaq. Lakin Aydan gələn işıq səbəbindən onun gecə səmasında tam şəkildə müşahidəsi mümkün olmayacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva Planetariyasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, meteor axını dekabrın 28-dən yanvarın 12-dək aktiv olacaq və ilin əvvəlində maksimum həddə çatacaq. Astronomların ehtimalına görə, yanvarın 4-nə keçən gecə isə saatda 110-a qədər "ulduz axacaq".

"Ulduz yağışını gecə yarısından sonra daha yaxşı müşahidə etmək olar. Kvadrantid gecənin ikinci yarısında kifayət qədər hündürlüyə yüksəlir. Meteor yağışını görmək üçün səmanın şimal-şərq üfüqünə baxmaq lazımdır. Lakin bu il bu hadisəni müşahidə etmək üçün əlverişsiz şərait olacaq, çünki bu zaman Ayın bədrlənməsi başlayacaq", - deyə planetariyadan məlumat verilib.

Qeyd edilib ki, bədrlənmiş Ay səmanı işıqlandıracağı üçün uçan meteorları ayırd etmək çətinləşəcək.

Milli.Az


Etiketlər:  Güclü meteor yağışı olacaq 110 a qədər ulduz axacaq FOTO


RƏYLƏR