Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elgiz əməkdar artistə “soyulmuş yumurta” dedi - VİDEO

Elgiz əməkdar artistə “soyulmuş yumurta” dedi - VİDEO

Tarix: 5 Yanvar 2023 13:40

Aparıcı Elgiz Əkbər paylaşdığı video ilə izləyicilərini güldürüb.

Milli.Az olay-a istinadən xəbər verir ki, Elgizin verilişdən sonra Əməkdar artist Gövhər Rzayeva ilə söhbəti maraqla qarşılanıb. O, sənətçidən ona illərdir evlilik təklifi edilib-edilmədiyini soruşub:"Məhəbbətin qarmondur? Soyulmuş yumurta kimi ağappaq, su sonası kimi bir xanımın 22 il ərsiz yaşaması... Həqiqətən belədir?".

Rzayeva isə "Bu, mənim həm ərim, həm oğlum-qızım, həm də çörək ağacımdır. Təkliflər çox olurdu. Mənim xərcim, rasxodum çoxdur. Qaçmırlar, mən istəmirəm, neynirəm? Artıq problemdir. Evdə istəmirəm ki, yeyənlərim çox olsun. Ərimi sevirdim, balalarımın atası idi də. 28 il yaşamışıq. İndi rəhmətə gedib. O vaxtı ağzının dadını dəyişmək istədi, getdi", - deyə, bildirib.

Elgiz qarmon ifaçısına "Ona görə qaçıblar da sizdən. Kim istəməz ki, üstü qızıllarla dolu qarmon, qızılın-brilliantın içində, ev... Əriniz bu cür döşəməli aşı qoyub, gedib görəsən, nə yeyib? Dolma yox, şorba yeyib, yəqin. Şorbanı yedi, sonra döşəməli aşa qayıtmadı? Onda da hay-hayı gedib, vay-vayı qalmışdı?" deyərək cavab verib.

Milli.Az


Etiketlər:  Elgiz əməkdar artistə soyulmuş yumurta dedi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ