Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2023 21:48
ABŞ hökuməti qış aylarında Ukraynada hərbi əməliyyatların səngiyəcəyini gözləmir. Üstəlik, amerikalılar yaxın gələcəkdə döyüşlərin dayanacağını qeyri-mümkün hesab edirlər.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Vaşinqton Post" qəzeti diplomatik mənbələrə istinadən yazır.
ABŞ hesab edir ki, Qərbin mobil zirehli texnikalarının tədarükü Ukraynaya hərbi yardımın genişləndirilməsində daha bir mühüm mərhələdir.
Amerika nəşri qeyd edir ki, Qərbin zirehli texnikaları Ukrayna Silahlı Qüvvələrinə Rusiya ordusu ilə döyüşməyə və atəş altında irəliləməyə imkan verəcək.
ABŞ Prezidenti Co Bayden bundan əvvəl bildirib ki, Ukraynaya "Bradley" piyada döyüş maşınları göndərməyi düşünür. Bununla belə, bu texnikaların nə vaxt Ukraynaya göndəriləcəyi hələlik bəlli deyil. ABŞ-ın növbəti hərbi yardım paketi hazırladığı və bunun yaxın günlərdə açıqlana biləcəyi vurğulanır.
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kiril Budanovun fikrincə, döyüşlər gələn ilin yayına qədər başa çatmalıdır. Onun sözlərinə görə, qarşıdan müharibənin həlledici dövrü gəlir.
Eyni zamanda, "Financial Times" qəzetinin proqnozuna görə, müharibə bu il boyunca davam edəcək, çünki tərəflərindən heç biri dayanmaq fikrində deyil.