Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Avropaya qaz şantajında uduzdu - Habek

Putin Avropaya qaz şantajında uduzdu - Habek

Tarix: 6 Yanvar 2023 12:44

Rusiya Prezidenti Vladimir Putin Avropanı mavi yanacaqla şantaj etdi, lakin ​​uduzdu.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri Robert Habek deyib.

Onun sözlərinə görə, Almaniya "Şimal axını 1" qaz kəməri ilə Rusiyadan qaz tədarükündən hədsiz dərəcədə asılı idi və alternativ tədarük kanalları üçün infrastruktur yaratmırdı:

"Amma Berlin indi Rusiyanın kəsilmiş qaz, neft və kömür tədarükünü digər kanallar vasitəsilə, məsələn, tez tikilmiş mayeləşdirilmiş təbii qaz (LNG) terminalları və Norveçdən idxalın artması ilə əvəz edə bilib. Düzdür, Almaniyada enerji vəziyyəti çox gərgin və çətin olaraq qalır. Amma yaxın gələcəyə nikbin baxıram. İndi deyə bilərəm ki, Almaniyada anbarlar doludur, haradasa 90%, biz bu qışdan sağ çıxacağıq".

Milli.Az


Etiketlər:  Putin Avropaya qaz şantajında uduzdu Habek


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ