Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bossun oğluna görə mafiya ordu ilə döyüşür: Meksikada şəhər yanır - VİDEO - FOTO

Bossun oğluna görə mafiya ordu ilə döyüşür: Meksikada şəhər yanır - VİDEO - FOTO

Tarix: 6 Yanvar 2023 13:08

Meksikada "Sinaloa" narkokarteli ilə ordu arasında döyüşlər davam edir.

Milli.Az xəbər verir ki, polis 2016-cı ildə həbs edilən məşhur narkobaron El Çaponun oğlu, narkobaron Ovidio Quzman Lopezi həbs edib. Onun "Sinaloa" adlı narkokarteli öz liderini azad etməyə çalışır.

Kuliakan şəhərindəki beynəlxalq hava limanında və küçələrdə döyüşlər gedir. Meksika ordusu Mexiko və Nuevo Leon ştatında döyüş hazırlığı vəziyyətinə gətirilib.

Kartel mənsubları ağır silahlardan, o cümlədən yük maşınlarındakı iriçaplı pulemyotlardan və "Barrett" snayper tüfənglərindən istifadə edirlər. Onlar yaralı mafiozlara yardım edilməsi üçün xəstəxanadan həkimləri qaçırıblar.

Ən azı 27 nəfər yaralanıb. Meksika Milli Qvardiyasının bir mənsubu həlak olub.

Kartel 250-dən çox avtomobili oğurlayıb yandırıb, 18 küçəni bağlayıb, 3 hava limanının işi iflic edib.

Milli.Az


Etiketlər:  Bossun oğluna görə mafiya ordu ilə döyüşür Meksikada şəhər yanır VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ