Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

8 nəfərin yaralandığı qəzanın görüntüləri - VİDEO

8 nəfərin yaralandığı qəzanın görüntüləri - VİDEO

Tarix: 6 Yanvar 2023 18:22

Moskvanın Sevastopol prospektində baş verən dəhşətli yol qəzasında biri uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Sonxeber.net bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin paytaxtın baş idarəsinin mətbuat xidməti məlumat verib.

Qəza dekabrın 5-də axşam saatlarında Sevastopol prospektində, ev 7-nin yaxınlığında baş verib. Qəzada üç avtomobil toqquşub. İlkin məlumatlara görə, qəzanın günahkarı olan "Porsche" markalı avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxıb.

Hadisənin videosu Nəqliyyat departamenti tərəfindən yayımlanıb. Hadisə zamanı piyada keçidi ilə yolu uşaqla ana keçib. Körpə uşaq arabasından uçub, lakin, ilkin məlumatlara görə, xəsarət almayıb. Qadının qolu sınıb.

Paytaxtın mərkəzi ofisindən əlavə ediblər ki, əməkdaşlar hadisənin başvermə şəraitini yerindəcə müəyyənləşdirirlər.

İrfan Vəliyev


Etiketlər:  nəfərin yaralandığı qəzanın görüntüləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ