Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gələcəyimizin TƏHLÜKƏ MƏNBƏYİ - Yoxsulluq içində böyüyən uşaqlar necə təlim almalıdır?

Gələcəyimizin TƏHLÜKƏ MƏNBƏYİ - Yoxsulluq içində böyüyən uşaqlar necə təlim almalıdır?

Tarix: 7 Yanvar 2023 15:02

"Bu gün maddi imkanı olan ailələrin uşaqları asudə vaxtlarını müxtəlif kurslarda, dərnəklərdə, yaradıcılıq evlərində dəyərləndirə bilsələr də, aztəminatlı ailələrin övladları bir çox hallarda bu imkanlardan məhrumdurlar".

Milli.Az bildirir ki, bunu Bizim.Media-nın həmsöhbəti sosioloq Lalə Mehralı deyib. O, qeyd edib ki, ödənizşsiz fəaliyyət göstərən yerlər olsa da, onlar bütün ailələr üçün əlçatan deyil: 

"Əvvəllər texniki yaradıcılıq mərkəzləri var idi və onlar dövlətin hesabına fəaliyyət göstərirdilər. Həmin yerlərin bazası əsasında indi bəzi rayonlarda fəaliyyət göstərən gənclərin yaradıcılıq evləri istifadəyə verildi. İndi də çox az sayda ödənişsiz fəaliyyət göstərən mərkəzlər var, lakin baza olsa da, sayları azdır və artırılması üçün dövlət tərəfindən imkanlar yaradılmalıdır. Onlar çox az yerlərdə fəaliyyət göstərirlər və bütün valideynlər üçün əlçatan deyil. Bakının bəzi rayonlarında, ümumiyyətlə, bu cür fəaliyyət imkanları olan evlər, mərkəzlər yoxdur". 

Sosioloq minimum əməkhaqqı ilə dolanmağa məcbur olan ailələr üçün uşağını ödənişli məşğuliyyət evlərinə, mərkəzlərə göndərməyin çətinlik yaratdığını deyib: 

"Əksər valideyn məcbur olduğu halda uşağını ən yaxşı halda hansısa dil kursuna və ya zəif olduğu fəndən hazırlığa göndərə bilir. Bir uşaq üçün minimum hazırlıq 50 manatdır və bu, ikiuşaqlı ailə üçün ayda 100 manat xərc deməkdir. Bu, aztəminatlı ailə üçün çətinlik yaradır".  

Lalə Mehralı onu da vurğulayıb ki, bu cür imkanların yaradılması həm də uşaqların sağlamlığı üçün atılmış vacib addım ola bilər: 

"Uşaqlar üçün dövlət hesabına kursların sayını artırmaq lazımdır. Bu halda uşaqların sağlamlığı üçün də vacib addım atmış olarıq. Bilirik ki, ağıllı cihazlardan çox istifadə uşaqlarımız üçün yaxşı nəticə verməyəcək. Bu, onların həm sağlamlığına mənfi təsir edir, həm də dərslərdən geri salır. Hər birimiz uşaqların telefondan istifadəsini minimuma endirməyə çalışsaq da vaxtını evdə keçirdiyi halda buna müəyyən qədər gözyummaq məcburiyyətində qalırıq". 

Milli.Az


Etiketlər:  Gələcəyimizin TƏHLÜKƏ MƏNBƏYİ Yoxsulluq içində böyüyən uşaqlar necə təlim almalıdır


RƏYLƏR