Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada 2023-cü ilə daxil olmayan yerlər - FOTO

Dünyada 2023-cü ilə daxil olmayan yerlər - FOTO

Tarix: 8 Yanvar 2023 14:34

"38 yaşımdan 40 yaşa bir neçə ay fasilə ilə keçdim, bir neçə dəfə 41 yaşında oldum, sonra yenidən iki dəfə 40 yaşlı oldum".

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bunu "Duz və Kədər Evi" kitabının müəllifi Erin Kreyq insanların müxtəlif təqvimlərə görə zamanı yaşamasına aid məqaləsində qeyd edib.

Onun sözlərinə görə, dünyada insanlar fərqli təqvimlərlə yaşayırlar və bəziləri üçün bu, qeyri-adi ad günü ilə nəticələnir.

"Hazırda bütün dünyada 2023 yeni başlayıb. Amma Myanmaya gedirsinizsə, 1384-cü ilə qayıdacaq, Tailandda isə 2566-ya keçə bilərsiniz. Efiopiyalılar 2015-ci ilə girmək üzrədirlər, çünki bir ili 13 ay hesablayırlar".

Kreyq təqvimin bəzən hətta eyni ölkədə yaşayanlar üçün fərqli olduğunu bildirib.

"Bu gün ibadət edən mərakeşli üçün 1444-cü ildəyik, amma fermerlər üçün 2972-ci ildir".

Yazıçı yaşadığı Cənubi Koreyada yeni ili hər kəsin öz ad günü kimi qeyd etdiyini bildirib.

"Bu, mənim necə oldu ki, 40 yaşıma üç dəfə girdiyimi izah edə bilər. Belə ki, cənubi koreyalılar 1 yaşında doğulurlar. Beləliklə hər kəsin yerli və beynəlxalq (sıfırdan başlayaraq) təqvimlə iki rəsmi yaşı var. Bundan əlavə, yanvarın 1-də bütün ölkə birlikdə daha bir yaşlarını qeyd edirlər. Beləliklə, üç fərqli yaşda olursan. Bundan əlavə, koreyalılar şəxsi ad günlərini Qriqorian təqvimi və ya ənənəvi Ay təqvimi ilə qeyd etməyi seçə bilərlər. Texniki cəhətdən mən ad günümü 6 dəfə qeyd edə bilərdim, amma kim 40 yaşı olduğuna bu qədər xoşbəxt ola bilər ki?" - deyə Kreyq sözlərini bitirib.


Etiketlər:  Dünyada 2023 ilə daxil olmayan yerlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ