Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Həkim səhlənkarlığının qurbanı oldum, 6 ay danışa bimədim"

Tarix: 8 Yanvar 2023 15:10

"2002-2003-cü illərdə səsim batdı. Həkimə getdim və o mənim səs tellərimi daha bərbad günə qoydu. Boğazımda polip var idi. Altı ay danışa bilmədim. Polipləri kəsdilər, başa salmaq üçün ancaq yazırdım. Həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapmasaydım, səsim tamamilə batardı, oxuya bilməzdim".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Əliqızı "ATV səhər"ə müsahibəsində deyib. Sənətçi həmin ərəfədə mərhum Xalq artisti Səməd Səmədovun ona dəstək olduğunu bildirib:

"Allah Səmədə rəhmət eləsin. Mənə dedi ki, darıxma. Toya gələcəkəsən, bir-iki fonoqram oxuyarsan. Canlı ifa edə bilmirdim. Məni evdə oturtmadı, çörəksiz qoymadı. Evdə depressiyaya düşərdim".

Milli.Az


Etiketlər:  Həkim səhlənkarlığının qurbanı oldum 6 ay danışa bimədim


RƏYLƏR