Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Soledar şəhərində ağır döyüşlər gedir'' - Ukrayna Silahlı Qüvvələri

''Soledar şəhərində ağır döyüşlər gedir'' - Ukrayna Silahlı Qüvvələri

Tarix: 9 Yanvar 2023 12:08

"Ukraynanın Donetsk vilayətinin Soledar şəhərində vəziyyət gərgin olaraq alır. Ərazidə ağır döyüşlər gedir".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələr Qrupundan bildirilib.

Qeyd olunub ki, durumu sabitləşdirmək üçün cəbhənin bu istiqamətinə əlavə qüvvə və vasitələr göndərilib: "Bu istiqamətdə son sutkada 22 toqquşma olub. Düşmənin irəliləməsinin qarşısını almaq üçün tədbirlər görülür. Qarşı tərəfə sistemli zərbələr endiririk".

Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin komandanları Rusiya ordusunun hücumlarının qarşısını almaq üçün Soledar bölgəsində cəbhəni gücləndirmək qərarına gəliblər: "Soledar daimi nəzarətdədir".

Qeyd edək ki, Ukraynanın Donetsk bölgəsindəki separatçılar Soledar şəhərinin Baxmutskoe kəndini ələ keçirdiklərini iddia edirlər.

Milli.Az


Etiketlər:  Soledar şəhərində ağır döyüşlər gedir Ukrayna Silahlı Qüvvələri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ