Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi"nin yeni transferi "Traktor"la vidalaşdı

Tarix: 10 Yanvar 2023 09:08

"Neftçi"nin yeni transferi Höccət Haqverdi ayrıldığı Təbrizin "Traktor" klubu ilə vidalaşıb.

Millimizin üzvü özünün "İnstaqram səhifəsində yazıb:

"Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri. Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən "Traktor"un formasını geyinə biləcəyəm. Hər birinizə sevgilər, əziz fanatlar. Sonda komandaya mövsümün qalan hissəsində uğurlar arzulayıram", - təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, H.Haqverdi "Neftçi" ilə 1,5 illik müqavilə imzalayıb.

Milli.Az


Etiketlər:  Neftçinin yeni transferi Traktorla vidalaşdı


RƏYLƏR