Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fevralı gözləyək, hər şey üzə çıxacaq'' - Polkovnik AÇIQLADI

''Fevralı gözləyək, hər şey üzə çıxacaq'' - Polkovnik AÇIQLADI

Tarix: 10 Yanvar 2023 22:27

Ermənistan baş naziri Nikol Paşinyan bugünkü çıxışında Laçın yolundakı duruma görə Rusiya sülhməramlılarını günahlandırdı. Üçtərəfli sazişin pozulduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, Ermənistan 2023-cü ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi təlimlərinə ev sahibliyi etməyəcək. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov çox keçmədən Paşinyana cavab verdi. O bildirdi ki, Rusiya Ermənistanın KTMT təlimlərinin keçirilməsindən imtinası ilə bağlı mövqeyinin təfərrüatlarını aydınlaşdıracaq.

Bəs Paşinyanın bu çıxışlarının pərdəarxası nələrdir?

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Azərbaycan Ordusunun polkovniki, hərbi ekspert Üzeyir Cəfərovun dediyinə gorə, Nikol Paşinyan ilk dəfə deyil Rusiya sülhməramlılarını bu, yaxud digər hərəkətlərinə görə qınayır və hər dəfə Rusiya tərəfindən buna əks arqument gətirilir:

"Paşinyan bəzi hallarda haqlıdır, bəzi hallarda isə haqsızdır. Bəli, bu gün yaranmış vəziyyətə görə məsuliyyət sülhməramlılar üzərinə düşür. Çünki 30 gün ərzində Rusiya sülhməramlılarının komandanlığı Azərbaycan ekofəallarının qarşısına çıxmadı, onlarla lazım olan görüşü həyata keçirmədi, onların tələbləri çərçivəsində normal şəkildə monitorinq aparılmasına şərait yaratmadı. Paşinyanın düşüncəsinə görə, orada ekofəalları dağıtmalı, onların fəaliyyət göstərmələrinə imkan verilməməlidir. Nikol Paşinyan bu məsələdə yanılır. Bura Azərbaycan ərazisidir, burada nə etmək istədiyimizə biz qərar veririk. Bu baxımdan Paşinyan təxribatçı və avantürist bəyanat səsləndirib.

photo_167126.jpg (42 KB)

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı bəyanatları sırf Qərbə hesablanmış addımlardır. Fevral ayını gözləyək. Çünki Paşinyan fevralda Ermənistanın KTMT-dən rəsmən ayrılacağını bəyan etmişdi. Mən Nikol Paşinyanın səmimiyyətinə heç vaxt inanmamışam. Onun Ermənistanın 2023-cü ildə KTMT-nin hərbi təlimlərinə ev sahibliyi etməyəcəyi ilə bağlı bəyanat səsləndirməsi və buna Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun "Moskva Ermənistanın mövqeyini dəqiqləşdirəcək" kimi bəyanat verməsi onu deyir ki, arada müəyyən razılaşmalar, oyunlar var. Biz yaxın zamanlarda bu oyunların nəyə hesablandığını görəcəyik. Mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ciddi qurum hesab etməmişəm. Bu, Rusiya tərəfindən yaradılmış, 6 dövlətin təşkilatıdır. O təşkilatın içərisində çox ciddi fikir ayrılıqları mövcuddur və bu, Tacikistanla Qırğızıstan arasında 2022-ci ildə yaşanılmış qanlı mübarizədə də öz təzahürünü tapdı. Qırğızıstan Tacikistanın KTMT-dən uzaqlaşdırılması məsələsini gündəmə gətirdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı formal bir qurumdur. Guya NATO-ya qarşı yaradılıb. NATO-ya qarşı yaradılmış Varşava Müqaviləsi Təşkilatı əgər tarixin yaddaşına qovuşubsa, elə də güclü imkanları olmayan 6 ölkənin Alyansa qarşı çıxış edə biləcəyi absurddan başqa bir şey deyil.

Hesab edirəm ki, Ermənistanın KTMT-dəki təlimlərdən imtina etməsi sadəcə blefdir. Daha çox Qərbdən dəstək əldə etmək, özünə tərəfdarlar tapmaq üçün səsləndirilən bəyanatdır. Paşinyanın 2022-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı səsləndirdiyi fikirlər, hədə-qorxular onun erməni hiyləgərliyindən irəli gələn məqamlardır".


Etiketlər:  Fevralı gözləyək hər şey üzə çıxacaq Polkovnik AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ