Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2019 15:09
Bakı. Kəmalə Məmmədli - Trend:
Bu ilin sonunadək “Azərbaycan Dəmir Yolları” QSC iki yeni “Stadler qatarı satın alacaq.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, İsveçrə istehsalı olan yeni qatarların vaqonları Rusiya istehsalı olan əvvəlki vaqonlardan keyfiyyətli səs izolyasiyası və təkər səsini udan qurğuların olması ilə fərqlənir. Ümumilikdə onların sayı 40-a çatır:
“Bu qatarlar yüksək sürət xarakteristikası, eləcə də keyfiyyət göstəriciləri ilə fərqlənir”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin