Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış aktrisa evli iş adamı ilə görüntüləndi - FOTO

Tanınmış aktrisa evli iş adamı ilə görüntüləndi - FOTO

Tarix: 11 Yanvar 2023 09:25

Türkiyənin tanınmış aktrisası Nur Fettahoğlu özəl həyatı ilə gündəm olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, onun evli iş adamı Həsən Əli Ceylan ilə sevgili olduğu iddia edilir.

"Söylemezsem Olmaz" adlı verilişdə qeyd olunub ki, ötən axşam cütlük restoranda 3 saat birgə vaxt keçirib. Onlar restorandan ard-arda çıxaraq biznesmenin avtomobilinə miniblər. Avtomobildə səmimi davranışları ilə diqqət çəkən cütlük görüntüləndiklərinin fərqinə vardıqda yol-hərəkət qaydalarına məhəl qoymadan həmin yerdən uzaqlaşıblar.

Nur Fettahoğlu iki dəfə ailə qurub- 2008-2011-də Murat Aysan, 2013-2021-ci illərdə isə Levent Veziroğlu ilə evli olan məşhurun sonuncu evliliyindən bir qızı var.

Milli.Az


Etiketlər:  Tanınmış aktrisa evli adamı ilə görüntüləndi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ