Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 12:42
Məşhur amerikalı bloqer Metyu Mizkifin sinəsinə ağır ştanq düşüb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bloqer "Twitch"in canlı yayımında uzanıqlı halda ağır ştanqla pres etmək istəyib. Bu zaman ağırlığı saxlaya bilməyib və ştanq onun sinəsinə düşüb. Görüntülər canlı yayım izləyicilərini qorxudub.
Hadisə idman zallarının birində məşq zamanı baş verib. Bloqerin yanında onu sığortalayan bir neçə dostu da olub.
Mizkif təxminən 143 kq ağırlıq qaldıraraq yeni şəxsi rekorda imza atmağa çalışıb. İlk cəhd uğurlu alınıb və o, ikinci dəfə cəhd etmək istəyib. Lakin bu an ağır çəkisi olan ştanq əlindən çıxıb və bədəninin üzərinə düşüb. Dostları dərhal bloqerə kömək edərək ştanqı üzərindən qaldırıblar.
Ağırlıq bədənin aşağı hissəsinə düşdüyü üçün bloqer ciddi xəsarət almayıb. Yayım davam etdiyi müddətdə Mizkif özü də hər şeyin qaydasında olduğunu deyib.