Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

Tarix: 11 Yanvar 2023 16:22

"Neftçi" futbolçusu Yusuf Lavalın satışı ilə əlaqədar Portuqaliyanın "Arouka" klubu ilə rəsmi danışıqlara başlayıb.

Milli.Az report-a istinadən bildirir ki, nigeriyalı yarımmüdafiəçi bu gün komandanın düşərgəsindən ayrılaraq, Bakıya dönəcək.

O, viza problemini həll etdikdən sonra Portuqaliyaya yola düşəcək. Laval tibbi baxışdan uğurla keçəcəyi halda, rəsmi satış müqaviləsi imzalanacaq və sonra bu barədə ictimayyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Yusuf Laval "Neftçi"yə 2020-ci ilin yayında Belçika "Lokeren"indən keçib.

Milli.Az


Etiketlər:  Neftçi aparıcı legionerini Portuqaliya klubuna satır


RƏYLƏR