Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 20:12
Bosniya və Herseqovina millisinin və "Konyaspor" qapıçısı İbrahim Şehiç sabiq klubu "Qarabağ"ın düşərgəsini ziyarət edib.
Sonxeber.net xəbər verir ki, 34 yaşlı oyunçu Ağdam təmsilçisinin Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində komandanın futbolçu və məşqçi heyəti ilə görüşüb. Şehiç onlarla ayaqüstü söhbət də edib.
Qeyd edək ki, Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da oynayıb. (publika)