Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2023 18:05
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vahid Əliyev açıq ürək əməliyyat keçirib.
Sonxeber.net xəbər verir ki, 70 yaşlı sənətkarın sağlamlıq vəziyyətini öyrənmək üçün bizim.media-nın əməkdaşı aktyorla əlaqə saxlayıb.
Əməkdar artistin həyat yoldaşı Tamilla xanım aktyorun səhhətindən söz açıb:
"Vahid müəllim iki gün əvvəl Mərkəzi Klinikada açıq ürək əməliyyatı keçirib. Əməliyyat 5 saat çəkib. Vahid müəllim reanimasiyadadır. Ötən gün gedib ona baş çəkmişəm. Hələki onun vəziyyəti zəifdir. Nəfəsini çəkir. Həkimlər əməliyyatın uğurlu keçdiyini söyləyiblər. Əməliyyatın və klinikanın bütün xərclərini isə oğlu çəkib".