Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ferit “Yalı çapkını”ndan gedir?

Ferit “Yalı çapkını”ndan gedir?

Tarix: 12 Yanvar 2023 21:50

Türkiyənin ən çox baxılan "Yalı çapkını"nın baş rolunu canlandıran Mert Ramazan Demirin serialı tərk etdiyi iddia olunur.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, iddialara görə, Mert Ramazan Demirin canlandırdığı Ferit Korhan obrazından razı qalmadığı üçün serialdan ayrılacağı bildirilir.

Belə ki, o, ifa etdiyi obraza əsasən 4 qadınla eşq yaşayır.

Qeyd edək ki, ilk bölümü 23 sentyabr 2022-ci ildə yayımlanan "Yalı çapkını" "OGM Pictures" tərəfindən çəkilir. Serialda baş rolları Afra Saracoğlu, Mert Ramazan Demir və Çetin Tekindor oynayır.

Milli.Az


Etiketlər:  Ferit Yalı çapkınından gedir


RƏYLƏR