Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elşad Hacıyevə polkovnik-leytenant rütbəsi verildi

Elşad Hacıyevə polkovnik-leytenant rütbəsi verildi

Tarix: 13 Yanvar 2023 11:36

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyevin rütbəsi artırılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, nazir Vilayət Eyvazovun əmri ilə E.Hacıyevə polkovnik-leytenant rütbəsi verilib.

Qeyd edək ki, Elşad Hacıyev 2020-ci ildən DİN Mətbuat xidmətinin şöbə rəisi vəzifəsini tutur. O, daha əvvəl Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri olub.

O, cəmiyyətdə polisin nüfuzunun qorunması, ictimaiyyətin vaxtında məlumatlandırılması, media nümayəndələrinin baş vermiş hadislərlə bağı vaxtında məlumatlandırılması, maarifləndirmə işinin təşkilində xüsusi fəallığı ilə seçilir.

Milli.Az


Etiketlər:  Elşad Hacıyevə polkovnik leytenant rütbəsi verildi


RƏYLƏR