Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pabda bilyard masasında uşaq doğdu

Pabda bilyard masasında uşaq doğdu

Tarix: 13 Yanvar 2023 16:28

Böyük Britaniyada pabın hamilə sahibəsi müəssisənin fəaliyyətini dayandırmamaq qərarına gəlib və bilyard masasının yanında uşaq dünyaya gətirib.

Milli.Az bildirir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

30 yaşlı Bobbi Lord əri 42 yaşlı Endi ilə birlikdə pabın sahibləridir. Cütlük və onların dörd övladı müəssisənin üstündə yaşayır. Lordlar dördüncü uşağın evdə doğulacağına qərar veriblər və doğuşa hazırlaşmağa başlayıblar.

Yanvarın 2-də Bobbi doğum sancısı keçirib. Bu zaman Endi salonda qonaqlara xidmət etməyə davam edib və vaxtaşırı həyat yoldaşını yoxlamaq üçün mənzilə qalxıb. Sancılar daha tez-tez baş verdikcə, o, doğuş üçün şişmə su hovuzunu hazırlayıb. Cütlüyün yaşadığı evdə bunun üçün kifayət qədər yer olmadığından kişi onu pabda, bilyard masasının yanında quraşdırmaq qərarına gəlib.

Bundan əvvəl Endi qonaqlara arvadının uşaq dünyaya gətirdiyi barədə xəbərdarlıq edib. İnsanlar baş verənlərə anlayışla yanaşıblar və hətta müəssisə sahibinə lazım olan hər şeyi hazırlamağa kömək ediblər. "İnsanlara xəbərdarlıq etdim ki, Bobbinin doğuşüna görə onlardan istənilən vaxt müəssisəni tərk etmək barədə xahiş edə bilərəm", - Endi deyib. Nəticədə, günorta saatlarında valideynlərinin Robin adını verdiyi bir qız dünyaya gəlib.

Bobbinin dediyinə görə, o, hamilə ikən müştərilər onun hansı gündə doğuş edəcəyinə dair mərc ediblər. Günü təxmin edən müştəri pul mükafatı alıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Pabda bilyard masasında uşaq doğdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ