Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu Özbəkistana salam göndərdi - VİDEO

Ronaldu Özbəkistana salam göndərdi - VİDEO

Tarix: 13 Yanvar 2023 17:10

Portuqaliya futbolçu Kriştianu Ronaldunun "Əl-Nasr"da komanda yoldaşı olan özbəkistanlı futbolçu Djaloliddin Maşaripovla səmimi videosu yayılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videoda Kriştianu Ronaldu Özbəkistana salam göndərərək "Salam Aleykum, Özbəkistan" söyləyir.

Görüntülər Özbəkistanda qısa müddət ərzində çoxlu baxış sayı qazanıb.

Məlumat üçün əlavə edək ki, özbəkistanlı yarımmüdafiəçi Djaloliddin Maşaripov 2021-ci ildən etibarən Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunun formasını geyinir.

Djaloliddin Maşaripov Daşkəndin "Paxtakor" klubunun yetirməsidir.

Milli.Az


Etiketlər:  Ronaldu Özbəkistana salam göndərdi VİDEO


RƏYLƏR