Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ kəşfiyyatı açıqladı - "500-dən çox UNO faktı qeydə alınıb"

ABŞ kəşfiyyatı açıqladı -

Tarix: 13 Yanvar 2023 20:06

ABŞ-da 2022-ci ilin avqustun 30-dan bəri naməlum uçan obyektlərin (UNO) aşkarlanması ilə bağlı 500-dən çox hadisə qeydə alınıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir.

Hesabata görə, bunlardan 26-sı pilotsuz uçuş aparatı (PUA), 163-ü isə "şar və ya şara bənzər obyekt" kimi səciyyələndirilib.

"Bu qeyri-səciyyəvi PUA-ların bəziləri qeyri-adi uçuş xüsusiyyətləri və ya əməliyyat imkanları nümayiş etdirib və əlavə təhlil tələb edir", - hesabatda deyilir.

Sənəddən məlum olur ki, naməlum obyektlərlə bağlı yeni xəbərlərin əksəriyyəti ABŞ Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin operativ vəzifələrini yerinə yetirərkən şahidi olmuş pilot və operatorlarından gəlib.

Milli.Az


Etiketlər:  ABŞ kəşfiyyatı açıqladı 500 dən çox UNO faktı qeydə alınıb


RƏYLƏR