Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rus xanım turistə taksi sürücüsündən ŞOK TƏKLİF: Mənə 100 dollar versəniz...

Rus xanım turistə taksi sürücüsündən ŞOK TƏKLİF: Mənə 100 dollar versəniz...

Tarix: 13 Yanvar 2023 21:48

İki gün əvvəl Rusiyadan İstanbula gələn rusiyalı turist həyatının şokunu yaşayıb. Hava limanında Rusiya vətəndaşları Veronika Mahno (22) və rəfiqəsi Səbinə Maqomedova (23) telefon tətbiqi vasitəsilə taksi çağırıblar. Taksiyə minən iki turist xanım Qalatadakı hotelə gəliblər.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, avtomobildən düşərək hotelə daxil olan turist qızlardan biri telefonunu taksidə unutduğunu anlayıb.

Hotel nümayəndələrinin köməkliyi ilə sürücü ilə əlaqə yaratmaq mümkün olub. Lakin sürücü telefonu qarşılığında qıza inanılmaz təklif edib. Bundan sonra hotel rəsmiləri İBB və Taksi sürücüləri Palatasına yaxınlaşaraq hadisə ilə maraqlanmadıqlarını və sürücünün yoxa çıxdığını iddia edərək kömək istəyiblər.

Rus turist Veronika Maxno hadisəni belə izah edib: "Telefonumu qaytarmaq üçün 100 dollar təklif etdi. Artıq 2 gündür sürücü ilə əlaqə saxlaya bilmirik. Telefonum hələ də məndə deyil".

Hotel sahibi sürücüyə zəng edərək turist qızın telefonunu taksidə unutduğunu, hotelə çatdırmasını istəyib. Lakin taksi sürücüsü axşam müştəri aparacağını və bu səbəbdən telefonu çatdıra bilməyəcəyini bildirib. Danışıqlardan sonra o, bir daha zənglərə cavab verməyib.

Turist qız proqramı vasitəsilə taksi sürücüsünə mesaj yazıb və ondan telefonunu gətirməsini istəyib. O isə gənc qıza telefonunun şəklini göndərərək, olduğu yerdən hotelə çatmaq üçün yanacaq xərcləyəcəyini və heç bir müştəri olmadan gələcəyini bildirib. Gənc qızla bir müddət mesajlaşan taksi sürücüsü telefonu gətirmək müqabilində ondan 100 dollar istəyib. Gənc qız rüsumunu 1900 türk lirəsi ilə ödəməyə razılaşsa da, taksi sürücüsü yoxa çıxıb.

Baş verənlərdən sonra hotel rəsmiləri bir daha İstanbul Taksi sürücüləri Palatasına zəng edərək vəziyyəti izah ediblər. Daha polisə gedib şikayət etməli olduqlarını iddia ediblər.

Yaşadığı hadisəni izah edən Veronika Mahno "Mənim adım Veronikadır, yanvarın 9-da İstanbula gəldim. Proqram vasitəsilə taksi çağırdım. 34 TAC 63 nömrəli taksiyə mindim. Təəssüf ki, mobil telefonumu maşında unutmuşam. Sürücü ilə telefonla danışdıq. Telefonumu qaytarmaq üçün 100 dollar istədi. Başqa həll yollarını qəbul etmədi. Artıq 2 gündür sürücü ilə əlaqə saxlaya bilmirik. Hələ də telefonum yoxdur" deyərək kömək istəyib.

Baş verənlər qarşısında çarəsiz qalan hotel rəsmiləri rus qızın hoteldə qalma müddətinin yanvarın 15-də başa çatacağını, turistik səfərləri zamanı şəhərin tarixi yerlərinin şəklini çəkə bilmədiyi üçün təəssüfləndiyini bildirib. Digər tərəfdən, polisə çatan və hadisəni izah edən hotel sahibi Erdem Elmasların nömrəsini verdiyi taksi sürücüsünə telefonla polis tərəfindən zəng edilsə də, zənglərə cavab verilmədiyi öyrənilib. (publika)

Milli.Az


Etiketlər:  Rus xanım turistə taksi sürücüsündən ŞOK TƏKLİF Mənə 100 dollar versəniz


RƏYLƏR