Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə evdə partlayış olub, xəsarət alan var

Gəncədə evdə partlayış olub, xəsarət alan var

Tarix: 14 Yanvar 2023 09:52

Gəncə şəhərində evdə qazsızmasından partlayış olub, xəsarət alan var.

Milli.Az bildirir ki, 1988-ci il təvəllüdlü T.Seyidova hamam otağında işığı yandıran zaman qaz sobasında sızma olduğu üçün, ani alovlanmadan partlayış baş verib.

Nəticədə o, bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Gəncədə evdə partlayış olub xəsarət alan var


RƏYLƏR