Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna HHQ komandanı: X-22 raketlərini vurmağa silahımız yoxdur

Ukrayna HHQ komandanı: X-22 raketlərini vurmağa silahımız yoxdur

Tarix: 15 Yanvar 2023 10:30

Hərbi Hava Qüvvələri Dneprdə yaşayın binasına düşən raketin Ukraynanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulması ilə bağlı şayiələrə cavab verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk bildirib ki, Rusiyanın çoxmərtəbəli yaşayış binasını X-22 raketi ilə vurması şübhə doğurmur.

General qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin bu cür raketləri vurmağa qadir texnikası yoxdur.

"2023-cü il yanvarın 14-də Rusiya Aerokosmik Qüvvələrinin beş Tu-22 uzaqmənzilli bombardmançı təyyarəsindən Ukrayna ərazisinə beş X-22 qanadlı raket atılıb. Atışlar Kursk vilayətindən və Azov dənizindən həyata keçirilib. Kursk vilayətindən atılan X-22 raketlərindən biri Dnepr şəhərində hündürmərtəbəli binaya düşüb. Radar qurğuları raketin təxmini buraxılış yeri, hündürlük və uçuş sürətini aşkar edib. Şübhə yoxdur ki, bu, X-22 raketi idi" - general deyib.

Milli.Az


Etiketlər:  Ukrayna HHQ komandanı X 22 raketlərini vurmağa silahımız yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ