Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2023 15:02
Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü Şükür qısqanclıq zəminində keçmiş həyat yoldaşı Xatirəyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il avqustun 30-da Xəzər bağlarında baş verib.
İstintaq orqanı tərəfindən Şükürün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şükür ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Xatirə onun keçmiş həyat yoldaşıdır: "Xatirə ilə 2004-cü ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşam, 2 qızımız, 2 oğlumuz olub. Evliyimizin ilk vaxtlarından münasibətlərimiz normal olsa da, sonradan qısqanclıq zəminində aramızda tez-tez münaqişələr baş verdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, yola gedə bilmədiklərindən 2020-ci ildə rəsmi qaydada boşanıblar: "Bu barədə Sumqayıt şəhər Məhkəməsi tərəfindən qətnamə qəbul edildi. Təxminən hadisədən 8 ay əvvəl Türkiyə Respublikasından Azərbayacan geri döndüm. Ayrılmağımıza baxmayaraq Xatirə ilə birlikdə yaşamağa başladıq".
Şükür bildirib ki, hadisə baş verən günü, təxminən saat 10.00-da birgə yaşadıqları evdə olan zaman Xatirə ilə yenidən aralarında qısqanclıq zəminində münaqişə baş verib: "Münaqişə vaxtı Xatirənin mənə cavab qaytarmasından əsəbiləşdiyim üçün yumruq zərbərləri onun bədəninin müxtəlif nahiyələrinə vurdum. Xatirə yerə yıxıldı. Az sonra yaşadığımız evə polis əməkdaşları gəldilər. Məlum oldu ki, Xatirə barəmdə polisə şikayət edib".
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Şükür təqsirli bilinərək 1000 manat miqdarında cərimə olunub.