Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 22:30
2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatı ilə Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq Azərbaycanın Qarabağ istiqadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında qanunsuz olaraq tikdiyi hərbi hissələrin növbəti görüntüləri yayılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, görüntüləri və məlumatı "Bez Tormozov" Teleqram kanalı paylaşıb.
Fotolardan aydın olur ki, Laçın humanitar dəhlizindən qanunsuz olaraq hərbi məqsədlər üçün istifadə edən Ermənistan hərbi sursat və ləvazimatlar daşımaqla, hərbi hissələrdən birini Xankəndi yaxınlığında (koordinatlar:39.828991, 46.761836), Heyvalı (koordinatlar: 40.144956, 46.595711), Xocalı (koordinatlar: 39.893010, 46.796251), Xocavənd (39.743358, 47.123237), Xankəndi (koordinatlar: 39.866551, 46.767794), Yuxarı Orataq (koordinatlar: 40.139753, 46.547722) və s. qurublar.
Yuxarı Oratağdakı (keçmiş Ağdərə rayonu) qanunsuz hərbi hissə 3 avqust 2022-ci ildə Ordumuzun endirdiyi zərbə nəticəsində şəxsi heyəti ilə birgə məhv edilib.
Qeyd edək ki, daha öncə ermənilərin ötən il Laçın yolu ilə qeyri-qanuni gətirilən materiallardan istifadə edərək Qarabağda tikdiyi üç hərbi obyektin görüntüsü sosial şəbəkələrdə yayılıb.