Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 22:56
Casusluq ittihamı ilə Tehranın Evin həbsxanasında saxlanılan İran-Amerika ikili vətəndaşı Siamak Namazi yanvarın 16-sı ABŞ Prezidenti Co Baydenə məktub yazıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Namazi məktubda mübarizəsini haqlı hesab etdiyini, ABŞ prezidentinin köməyilə azadlığa çıxacağına ümidli olduğunu yazıb.
Qeyd edək ki, İran əsilli Amerika vətəndaşı Siyamak Namazi 2016-cı ilin oktyabrında Tehranda ABŞ-ın xeyrinə casusluq ittihamı ilə həbs edilərək, 10 il azadlıqdan məhrum olunub. Oğlunun vəziyyətini izləmək üçün İrana səfər edən Bağır Namazi də 2016-cı ildə həbs edilərək eyni cəzaya məhkum edilib.