Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadakı müharibədə 7 mindən çox dinc sakin həlak olub

Ukraynadakı müharibədə 7 mindən çox dinc sakin həlak olub

Tarix: 16 Yanvar 2023 23:40

Rusiyanın genişmiqyaslı hücumu başlayandan Ukraynada 7 mindən çox dinc sakin həlak olub.

Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə "RBC-Ukraina" Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatlarına istinadən məlumat yayıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi daha 11 327 nəfərin yaralandığını bildirib. 2023-cü ilin əvvəlindən 104 nəfər ölüb, 284 nəfər xəsarət alıb.

Mülki itkilərin əksəriyyətinə ağır artilleriyadan, çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən, raketlərdən və hava zərbələri də daxil olmaqla, geniş təsir sahəsinə malik partlayıcı silahların istifadəsi səbəb olub.


Etiketlər:  Ukraynadakı müharibədə mindən çox dinc sakin həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ