Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Yanvar 2023 23:46
Rusiyanın "Su-27" təyyarəsi Almaniya Hərbi Dəniz Qüvvələrinin "P-3C Orion" təyyarəsinin dövlət sərhədinə yaxınlaşması ilə əlaqədar havaya qaldırılıb, sərhəd pozulmasına yol verilməyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya MN-nin Milli İdarəetmə Mərkəzindən məlumat yayıb.
"2023-cü il yanvarın 16-da Rusiyanın Baltik dənizi üzərində hava məkanına nəzarət vasitələri Rusiya Federasiyasının dövlət sərhədinə yaxınlaşan hava hədəfi aşkarlayıb. Baltik Donanmasının hava hücumundan müdafiə qüvvələrinin döyüş növbətçiliyində olan Su-27 qırıcı təyyarəsi havaya qaldırılıb.
Rusiya təyyarəsinin ekipajı yaxınlaşan obyektin Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus "P-3C Orion" olduğunu müəyyən edib və onu Baltik dənizi üzərində müşayiət edib. Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasına yol verilməyib", - deyə məlumatda qeyd olunub.